- Qərb
- 24 Noyabr 2018 21:26
- 2 037
ABŞ-la bağlı qorxulu proqnoz - Hesabat

Iqlim dəyişikliyi ABŞ-a yüz milyarlarla dollar ziyan vuracaq.
ABŞ-da müşahidə edilən iqlim dəyişikliyi insan sağlamlığına, həyat keyfiyyətinə və iqtisadi inkişafa nəzərə çarpacaq dərəcədə mənfi təsir edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ-da yayımlanan 4-cü Milli İqlim Dəyərləndirilməsinin hesabatında qeyd edilib. Məlumata görə, iqlim dəyişikliyi ABŞ-a yüz milyarlarla dollar ziyan vuracaq.
Həmçinin hesabtda ABŞ-ın bəzi bölgələrində müşahidə edilən məhsuldarlığın azalması halları və Floridada durmadan artan xəstəliklər nümunə kimi göstərilərək, idarə edilməsi mümkün olmayan iqlim dəyişikiliyinin meşə yanğınlarının sayının artmasına da səbəb olacağı bildirilib.
AzNews.az