Rəsmi Paris onu hüquqi və fiziki cəhətdən qoruyacaq Rəsmi Paris onu hüquqi və fiziki cəhətdən qoruyacaq
  • Qərb
  • 27 Noyabr 2018 22:16
  •  1 838

Fransa Putini tənqid edən şəxsə siyasi sığınacaq verdi

Rəsmi Paris onu hüquqi və fiziki cəhətdən qoruyacaq

Rusiyada qadağan edilən “Artpodqotovka” hərəkatının lideri, müxalifətçi Vyaçeslav Malçev Fransada siyasi sığınacaq alıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Vyaçeslav özünün YouTube kanalının canlı efirində deyib.

Müxalifətçinin sözlərinə görə, rəsmi Paris onu hüquqi, fiziki cəhətdən qoruyacaq və lazım gələrsə ona digər müdafiə üsulları da təqdim edəcək.

Rusiya mediası isə yazır ki, Malçevlə yanaşı təşkilatın digər üzvləri də siyasi sığınacaq alıb. Ancaq onların kimliyi haqda bilgi verilmir.

Qeyd edək ki, ötən il noyabrın 5-də Vyaçeslavın “inqilab"ın başlandığını elan etməsi onun təşkilatının Rusiya Federal Təhlükəsizlik Xidmətinin qara siyahısına düşməyi ilə nəticələnib.

O, əsasən dövlət binalarının yandırılması və polis əməkdaşlarına hücumla ittiham edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları indiyədək onun 500 nəfərə yaxın silahdaşını həbs edib.

Babək Göyüş

© AzNews.az