Sloveniya baş qərargah rəisi qadın olan ilk NATO ölkəsi kimi tarixə düşüb. Sloveniya baş qərargah rəisi qadın olan ilk NATO ölkəsi kimi tarixə düşüb.
  • Qərb
  • 30 Noyabr 2018 10:30
  •  1 384

Sloveniyada Baş Qərargah rəisi qadın oldu

Sloveniya baş qərargah rəisi qadın olan ilk NATO ölkəsi kimi tarixə düşüb.

İki gün əvvəl Sloveniya Silahlı Qüvvələrinin Baş Qərargahına qadın başçı təyin olunub.

General-leytenant Alenca Ermence artıq ölkənin baş qərargah rəisi vəzifəsinin icrasına başlayıb.

55 yaşında olan xanım sabiq ordu komandanı hərbi karyerasına 1991-ci ildə, Sloveniya müstəqillik qazandıqdan sonra başlayıb.

Onun sonuncu vəzifəsi Silahlı Qüvvələrdə Baş Qərargah rəisinin müavini olub.

Sloveniya prezidenti Borut Pahor bəyan edib ki, Ermencenin orduda islahatlar aparacağına böyük ümid edirlər.(teleqraf.com)

© AzNews.az