Buna səbəb olaraq miqrantlarla bağlı qanunun imzalanması göstərilib. Buna səbəb olaraq miqrantlarla bağlı qanunun imzalanması göstərilib.
  • Qərb
  • 9 Dekabr 2018 16:07
  •  1 353

Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı

Buna səbəb olaraq miqrantlarla bağlı qanunun imzalanması göstərilib.

Belçikada koalisiya hökumətinin qurulmasında yaxından iştirak edən milliyətçi Yeni Flaman İttifaqı (N-VA) koalisiyadan ayrıldığını elan edib.

Buna səbəb olaraq miqrantlarla bağlı qanunun imzalanması göstərilib.

Daha öncə partiya lideri De Vyuver baş nazir Çarlz Mişelə qanunun imzalanmaması üçün xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Belçikada 2014-cü ildə keçirilən seçkilərdən sonra 138 gün davam edən danışıqların ardından Çarlz Mişel rəhbərliyində koalisiya hökumətinin qurulması razılaşdırılmışdı. Koalisiyaya Valon bölgəsindən Liberallar Partiyası (MR), Flaman bölgəsindən Yeni Flaman İttifaqı (N-VA), Xristian Demokratlar (CD&V) və “Open Vld” Partiyasından ibarət idi.(axar.az)

AzNews.az