“Müsbət axtarış nəticələri istəyirsinizsə, yaxşı işlər görün" “Müsbət axtarış nəticələri istəyirsinizsə, yaxşı işlər görün"
  • Qərb
  • 12 Dekabr 2018 12:13
  •  3 452

“İdiot” yazılanda niyə Trampın şəkilləri çıxır? - Google-dan açıqlama

“Müsbət axtarış nəticələri istəyirsinizsə, yaxşı işlər görün"

“Google”un icraçı direktoru “idiot" (axmaq) yazılanda axtarışlarda niyə Trampın şəkillərinin çıxdığını konqresə izah etməli olub.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, “Google”un icraçı direktoru Sundra Pichai ABŞ konqresində çıxış edib.

O, konqresə “Google”un axtarış sistemində “idiot” (axmaq) yazanda Trampın şəkillərinin çıxmasını izah edib. Konqres üzvlərinin “Sistem necə işləyir ki, həmin sözü axtarışa verəndə Donald Trampın şəkilləri çıxır?” sualını Pichai belə cavablandırıb:

“Google nəticələri məşhurluq, aktuallıq kimi faktorlara əsasən təqdim edir. Və bu parametrlərə görə 200-ə yaxın nəticə göstərilir. Bunları nəzərə alaraq biz hər bir axtarışın sorğusuna cavab olaraq ən yaxşı nəticələrin seçilməsinə çalışırıq”.

Təmsilçilərdən biri olan Ted Lieu GOP-un deputatlardan birinə “Google”un qəsdən bəzi senatorlar haqqında mənfi nəticələr göstərdiyini deyəndən sonra o, bunu belə cavablandırıb:

“Müsbət axtarış nəticələri istəyirsinizsə, yaxşı işlər görün. Mənfi nəticələr görmək istəmirsinizsə, pis şeylər etməyin. Həmkarlarım, əgər pis nəticələr çıxırsa, “Google” və ya “Twitter”i yox, özünüzü günahlandırmağı düşünün”.

Pərvanə Ağazadə

AzNews.az

image description