Ağ Evin sahibi ötən il Milad bayramını malikanəsində 11 gün keçirib. Ağ Evin sahibi ötən il Milad bayramını malikanəsində 11 gün keçirib.
  • Qərb
  • 15 Dekabr 2018 09:26
  •  1 403

Tramp yeni ildə iki həftəlik məzuniyyətə çıxacaq - Öz malikanəsinə gedəcək

Ağ Evin sahibi ötən il Milad bayramını malikanəsində 11 gün keçirib.

ABŞ prezidenti Donald Tramp Milad və Yeni il tətili üçün Florida ştatına, özünün "Mar-a-Lago"dakı malikanəsinə getmək niyyətindədir.

TASS-a istinadən xəbər verilir ki, bu barədə "The Palm Beach Post" qəzeti məlumat yayıb.

Bildirilir ki, Federal Mülki Aviasiya İdarəsi öz pilotlarını dekabrın 21-dən yanvarın 6-dək prezidentin mülkü üzərində uçuşlardan qaçmaq zərurəti barədə xəbərdarlıq edib. Məlumata görə, Amerika lideri bu müddət ərzində orada qala bilər.

Qəzet dəqiqləşdirib ki, Ağ Ev sahibinin malikanəyə gəlməsinin dəqiq vaxtı naməlumdur. Tramp ötən il Milad bayramını malikanəsində 11 gün (dekabrın 22-dən yanvarın 2-dək) keçirib.

Qeyd edilir ki, bu məzuniyyət Amerika prezidentinin Ağ Evdə olduğu bütün dövr ərzində - 2017-ci ilin yanvarından ən uzunmüddətli ola bilər.

Xatırladaq ki, ABŞ Prezidenti yeni il qabağı Ağ Evdə KİV nümayəndələrinin ənənəvi qəbulunu və ziyafəti də ləğv edib. (Report)