"Hörmətsizlik etmək məqsədim yox idi". "Hörmətsizlik etmək məqsədim yox idi".
  • Qərb
  • 18 Dekabr 2018 11:30
  •  1 903

ABŞ-lı hərbçi Türkiyədən üzr istədi - "Səhvən paylaşmışam"

"Hörmətsizlik etmək məqsədim yox idi".

ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Sean Ryan Türk Silahlı Qüvvələrinin “terrorist” olduğu ilə bağlı paylaşım etməsindən sonra Türkiyə tərəfi hərəkətə keçib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, paylaşımını silən Ryan diplomatik mənbələrin müdaxiləsindən sonra üzr istəyib.

O, rəsmi tvitter səhifəsindən verdiyi açıqlamada “Rəsmi səlahiyyətimlə, koalisya ortağımız və İŞİD-in məğlub olmasında iştirak edən Türkiyəyə təhqir olan yazını səhvən paylaşmışam. Hörmətsizlik etmək məqsədim yox idi. Ortaq təhlükəsizlik barəsində vəzifəmiz var və İŞİD-in məğlub edilməsi missiasına bağlıyıq. Xahiş edirəm üzrümü qəbul edin”, - deyib.

Pərvanə Ağazadə

AzNews.az