Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib. Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib.
  • Qərb
  • 6 Yanvar 2019 09:37
  •  1 547

Serbiyada etirazlar davam edir

Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib.

“Beş milyondan biri” şüarı ilə keçirilən aksiyada qarlı hava şəraitinə baxmayaraq, minlərlə insan iştirak edib.

Etirazçılar Belqradın mərkəzi küçələri ilə hərəkət edərək hakimiyyət əleyhinə bir sıra şüarlar səsləndiriblər.

Qeyd edək ki, etiraz aksiyaları Serbiyada bir aydan çoxdur davam edir. Növbəti aksiyaların yanvarın 10-da Kurşumliya, yanvarın 11-də Niş, yanvarın 25-də isə Novi-Sade şəhərlərində təşkili planlaşdırılır.(AZƏRTAC)

AzNews.az