• Qərb
  • 9 Yanvar 2019 15:46
  •  481

Müəllim xəstə uşağı dəhlizdə sürüdü

Autizmli uşağın anası hadisə ilə bağlı sosial mediada açıqlama verib.

ABŞ-da bir məktəbdə xüsusi təhsil proqramında dərs keçən müəllim autizmli bir uşağı dəhlizdə sürükləyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kentuki ştatının Greenup bölgəsindəki məktəbdə baş verib.

Məktəbin təhlükəsizlik kamerasındakı görüntülərdə 9 yaşlı autizmli uşaq müəllimi tərəfindən biləklərindən tutularaq dəhlizdə sürüklənir. Sonra müəllim dostlarının qarşısında bir müddət uşağı sürükləyəndən sonra uşaqdan yerimək istəyib-istəmədiyini soruşur.

“Yox” cavabı verən uşağa “Qalx, artıq” deyə qışqırır, sonra uşağı döyür və yenə eyni şəkildə sürüməyə davam edir.

Autizmli uşağın anası hadisə ilə bağlı sosial mediada açıqlama verib:

“Biz bura təzə köçmüşük, o, sadəcə bura uyğunlaşmağa və dost tapmağa çalışır. Sinifdə bir böhran yaşadığı üçün onu sinifdən çölə çıxartmağa çalışıblar. Bunu isə mütləq səhv üsulla ediblər. Bu vəziyyətin qarşısı alına bilərdi”.

Ana uşağının biləklərinin fiziki olaraq zərər gördüyünü bildirib.

Pərvanə Ağazadə

AzNews.az