ABŞ-da məktəb xokkey oyununda atışma baş verib: ölənlər var

ABŞ-ın Rod-Aylend ştatının Pavtuket bölgəsində lisey hokkey matçı zamanı silahlı insident baş verib.

Hadisə nəticəsində ilkin məlumata görə bir yeniyetmə qız həyatını itirib, 4 nəfər yaralanıb. Daha sonra xəstəxanaya çatdırılan yaralılardan birinin də vəfat etdiyi bildirilib. Beləliklə, ölənlərin sayı iki nəfərə çatıb.

Məlumata əsasən, hücumçunun meyiti də hadisə yerində tapılıb və araşdırma davam edir.

“Ailədaxili münaqişə” versiyası

Pavtuket Polis İdarəsinin rəisi Tina Qonçalves mətbuata açıqlamasında bildirib ki, yaralanan dörd nəfərdən biri xəstəxanada dünyasını dəyişib. Onun sözlərinə görə, şübhəlinin intihar etməsi hadisənin “ailədaxili münaqişədən qaynaqlanan hədəfli insident” olduğu ehtimalını gücləndirir.

Yerli rəsmilər Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşlarının ştat və yerli hüquq-mühafizə orqanlarına dəstək üçün hadisə yerinə cəlb olunduğunu açıqlayıblar. Hücumun dəqiq səbəblərinin müəyyənləşdirilməsinin vaxt aparacağı qeyd olunur.

Mövsüm,

AzNews.az