Polşada zəlzələ baş verib. Polşada zəlzələ baş verib.
  • Qərb
  • 12 Yanvar 2019 17:59
  •  1 756

Polşada güclü zəlzələ: ölən və yaralananlar var

Polşada zəlzələ baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkan ölkənin qərbində, Aşağı Sileziya bölgəsində qeydə alınıb.

Nəticədə Polkoviçe şəhəri yaxınlığındakı kömür mədənində uçqun baş verib, 1 nəfər ölüb, 6 nəfər də xəsarət alıb.

“Hazırda 7 zərərçəkənin olduğunu deyə bilərəm. Altı mədən işçisi xəstəxanalara çatdırılıb, daha biri də ölüb", - deyə “KGHM” şirkətinin sözçüsü dövlət telekanalına bildirib.