• Qərb
  • 13 Yanvar 2019 15:05
  •  475

Daha iki namizəd Trampın rəqibi oldu

ABŞ-da 2020-ci ildə keçirilən prezident seçkiləri üçün daha iki namizədin adı məlum olub.

CNN Türk xəbər verir ki, Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhərsalma naziri olmuş Xulian Kastro və Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard seçkilərdə namizəd olacaqlarını elan ediblər.

Meksika əsilli 44 yaşlı Kastro namizədliyini ingiliscə və ispanca etdiyi çıxışla açıqlayıb.

Hindu əsilli xanım Qabbard isə namizədliyini gələn həftə keçirəcəyi mətbuat konfransında rəsmən elan edəcəyini bildirib.

Qeyd edək ki, daha öncə Massaçusets ştatının senatı Elizabet Uorren də Trampa rəqib olacağını bildirib.(qafqazinfo.az)

AzNews.az