Roma Papası Fransisk mayın 31-də Rumıniyaya səfər edəcək. Roma Papası Fransisk mayın 31-də Rumıniyaya səfər edəcək.
  • Qərb
  • 15 Yanvar 2019 09:18
  •  1 492

Papa Rumıniyaya gedir

Roma Papası Fransisk mayın 31-də Rumıniyaya səfər edəcək.

Bu barədə Rumıniya Prezident Administrasiyasının mətbuat katibliyi məlumat yayıb.

Məlumata görə, Papa Fransisk dövlət başçısının, hökumətin və Rumıniya katolik kilsəsinin dəvəti ilə mayın 31-dən iyunun 2-dək bu ölkədə səfərdə olacaq.

Roma Papası səfər çərçivəsində Buxarest, Yassı və Blajda görüşlər keçirəcək və Şumuleu-Çuk kilsəsini ziyarət edəcək.(AZƏRTAC)

© AzNews.az