Mərkəzi Avropa Universiteti Budapeştdən Avstriyanın paytaxtı Vyanaya köçür. Mərkəzi Avropa Universiteti Budapeştdən Avstriyanın paytaxtı Vyanaya köçür.
  • Qərb
  • 15 Yanvar 2019 14:45
  •  1 599

Mərkəzi Avropa Universiteti Budapeştdən Vyanaya köçür

Mərkəzi Avropa Universiteti Budapeştdən Avstriyanın paytaxtı Vyanaya köçür.

Bunu Macarıstan hakimiyyəti ilə razılığa gələ bilməyən universitetin rektoru Maykl İqnatyeff bildirib. “Biz daha bu oyunlarla ayaqlaşa bilmərik. İstəyirik ki, universitetimiz bu cür oyunların olmadığı və qanunun aliliyinə, ictimai institutların azadlığına hörmətlə yanaşıldığı ölkəyə - Avstriyaya köçsün”, -deyə rektor vurğulayıb.

Beləliklə, bu ali təhsil müəssisəsi öz yerini dəyişməyə məcbur olacaq. Yeni məkanda tədris prosesi isə növbəti ildə başlayacaq.

Mərkəzi Avropa Universiteti amerikan maliyyəçisi Corc Sorosun iştirakı ilə təsis olunub. Macarıstan hakimiyyəti hesab edir ki, onun “Açıq cəmiyyət” fondu dövlətin daxili işlərinə müdaxilə edir və Avropa İttifaqı ölkələrinə qanunsuz miqrasiyanı dəstəkləyir.

Universitetin problemləri il yarım əvvəl – Baş nazir Viktor Orbanın hökumətinin təhsil haqqında yeni qanunu təsdiq etməsindən sonra başlayıb. Qanuna görə, Macarıstan ərazisində fəaliyyət göstərən xarici ali məktəb iki ölkədə akkreditə olunmaqla yanaşı, hökumətlərarası sazişi də təqdim etməlidir. Lakin Mərkəzi Avropa Universiteti və Macarıstan hakimiyyəti uzun danışıqlardan sonra kompromis əldə edə bilməyiblər.(AZƏRTAC)

© AzNews.az