Zərbə endirilən mafiya Avropa İttifaqında ən güclü cinayətkar təşkilat hesab edilir. Zərbə endirilən mafiya Avropa İttifaqında ən güclü cinayətkar təşkilat hesab edilir.
  • Qərb
  • 21 Yanvar 2019 13:43
  •  1 417

Transmilli narkomafiyaya ağır zərbə

Zərbə endirilən mafiya Avropa İttifaqında ən güclü cinayətkar təşkilat hesab edilir.

Avropada irimiqyaslı əməliyyat çərçivəsində transmilli mafiya dəstəsinin üzvü olduğu ehtimal edilən 90 nəfər tutulub.

“RTL II” telekanalı xəbər verir ki, onlar əsasən narkotik maddələrin satışında, zorakılıq və dələduzluqda ittiham edilir.

Almaniya, Niderland, Belçika, İtaliyanın hüquq-mühafizə orqanları, həmçinin onların Latın Amerikası ölkələrindən olan həmkarları birgə təqib və təhqiqat aparıblar.

Zərbə endirilən mafiya Avropa İttifaqında ən güclü cinayətkar təşkilat hesab edilir. Bu təşkilat narkotik maddələrin, xüsusən də kokainin satışına nəzarəti həyata keçirir, həmçinin Cənubi Amerikadan Avropaya tədarük kanallarını təmin edir.(AZƏRTAC)

© AzNews.az