Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır
  • Qərb
  • 22 Yanvar 2019 14:38
  •  1 460

Britaniya qırıcılarını İraq və Suriyadan çıxarır

Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır

Britaniya Hərbi Hava Qüvvələrinə aid “RAF Typhoon” tipli 8 döyüş təyyarəsini 2019-cu ilin fevarı ayından İraq və Suriyadan çıxarmağa başlayacaq.

Bu məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, “RAF Typhoon” tipli 6 döyüş təyyarəsi və 10-a qədər “Reaper” Pilotsuz Uçan Aparat Orta Şərqdə saxlanılacaq.

Məlumata görə, döyüş təyyarələri bölgədən çıxarılsa da, Britaniya Suriyadakı rejimə qarşı mübarizə zəifləmədən davam etdirəcək.

Qeyd edək ki, 2018-ci il dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbçilərinin çıxarılması barədə sərəncam imzalayıb.(report.az)

© AzNews.az