Tramp yanvarın ortalarında bir neçə dəfə NATO-dan çıxmaq anonsunu vermişdi. Tramp yanvarın ortalarında bir neçə dəfə NATO-dan çıxmaq anonsunu vermişdi.
  • Qərb
  • 23 Yanvar 2019 08:51
  •  2 753

Konqres Trampa bu qadağanı da qoydu - NATO-dan çıxa bilməyəcək

Tramp yanvarın ortalarında bir neçə dəfə NATO-dan çıxmaq anonsunu vermişdi.

ABŞ Konqresinin Nümayəndələr palatası Ağ Evin sahibinin NATO-dan çıxmasına qadağa qoyan qanun layihəsini qəbul edib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiya Konqresin saytında yer alıb.

Sənədin müəllifi, demokrat konqresmen Cim Panetta deyib ki, qanun layihəsi prezidentin Alyansdan çıxmaq haqda istənilən cəhdinin və bunun üçün büdcədən pul ayırmasının qarşısını alacaq.

Mənbə bildirir ki, NATO üzvləri öz müdafiə xərclərinə Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizi qədər pul xərcləyə və Rusiya müdaxiləsinə qarşı Avropalı tərəfdaşlarının təşəbbüslərinə maddi yardım ayıra bilərlər.

Qeyd edək ki, Donald Tramp yanvarın ortalarında bir neçə dəfə NATO-dan çıxmaq anonsunu vermişdi.

Ağ Evin sahibi hərbi xərclərin azlığına görə NATO üzvlərini tənqid etmişdi. Onun fikrincə, hər bir ölkə Alyansa ÜDM-nin müəyyən edilmiş 2 faizi əvəzinə 4 faiz ödəməlidirlər:

"ABŞ NATO-ya hamıdan çox ÜDM-nin 3.58 faizini xərcləyir".

Babək Göyüş

AzNews.az