Rocer Stoun Florida ştatında həbs olunub. Rocer Stoun Florida ştatında həbs olunub.
  • Qərb
  • 25 Yanvar 2019 16:05
  •  3 616

Trampın sabiq müşaviri tutuldu

Rocer Stoun Florida ştatında həbs olunub.

ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri, siyasi məsləhətçi Rocer Stoun Florida ştatında həbs olunub.

O, xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi barədə apardığı istintaq çərçivəsində saxlanılıb.

İlkin məlumatlara görə, R.Stoun beş halda yalan ifadə verməkdə, eləcə də ədalətin bərqərar olmasına mane olmaqda və şahidlərin ifadələrini dəyişdirməkdə ittiham olunur.(report.az)

© AzNews.az