"Sammit ayın sonunda olacaq". "Sammit ayın sonunda olacaq".
  • Qərb
  • 31 Yanvar 2019 09:17
  •  1 270

“ABŞ-KXDR sammiti fevralın sonunda keçiriləcək” - Pompeo

"Sammit ayın sonunda olacaq".

ABŞ-ın dövlət katibi Mayk Pompeo güman edir ki, Birləşmiş Ştatların prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü fevralın sonunda olacaq.

Bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, sammit ayın (fevralın -red) sonunda olacaq, plan belədir”, - deyə Pompeo bildirib.

O, qeyd edib ki, ABŞ və Şimali Koreya bu məsələ ilə bağlı razılığa gəliblər.

Dövlət katibinin sözlərinə görə, rəsmi Vaşinqton öz nümayəndələrini sammitin keçirilməsi üçün Asiya ölkələrindən birinə göndərib.

Daha əvvəl bildiriib ki, ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen In arasında görüş 60 gün ərzində baş tutacaq.(report.az)

© AzNews.az