Almaniyanın Münxen şəhərində törədilən silahlı hücum nəticəsində 2 nəfər ölüb. Almaniyanın Münxen şəhərində törədilən silahlı hücum nəticəsində 2 nəfər ölüb.
  • Qərb
  • 21 Fevral 2019 15:07
  •  1 123

Almaniyada atışma - Ölənlər var

Almaniyanın Münxen şəhərində törədilən silahlı hücum nəticəsində 2 nəfər ölüb.

“AP” xəbər verir ki, yerli KİV-in məlumatına görə, inşaat meydançasında baş verən hadisə zamanı naməlum şəxs əvvəl başqasına, sonra da özünə atəş açıb. Onların hər ikisi ölüb.

Yerli polis sözçüsü Sven Müller “Reuters”ə hadisədə hər hansı terrorçuluq əlamətinin aşkarlanmadığını qeyd edib.

Vəziyyətin nəzarət altında olduğunu açıqlayan polis bununla belə, sakinlərə həmin yerdən uzaq durmağı tövsiyə edib.

Araşdırma aparılır.(report.az)

AzNews.az