- Qərb
- 3 Mart 2019 20:30
- 3 151
ABŞ-da maşın piyadaları vurdu: iki nəfər öldü

Hadisənin səbəbləri hələ ki, məlum deyil.
Birləşmiş Ştatların Yeni Orlean şəhərində avtomobil piyadaları vurub.
Nəticədə iki nəfər ölüb, daha üç nəfər ciddi xəsarət alıb.
Polis 32 yaşlı sürücü Teşonti Toninin hadisə yerindən qaçdığını, lakin yerli sakinlər tərəfindən tutulduğunu bildirib.
Hadisənin səbəbləri hələ ki, məlum deyil. Amma polis Toninin sərxoş olduğunu ehtimal edir. (report)
AzNews.az