"Mən onsuz çox darıxacam". "Mən onsuz çox darıxacam".
  • Qərb
  • 6 Mart 2019 09:28
  •  1 544

Tramp seçkilərdə Klintonla növbəti dəfə rəqib olmaq istəyir

"Mən onsuz çox darıxacam".

ABŞ prezidenti Donald Tramp bildirib ki, sabiq dövlət katibi Hillari Klinton 2020-ci ilin prezident seçkilərində ona rəqib olmayacaq.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Klinton təsdiqləyib ki, 2020-ci ildə prezident seçkilərində namizəd olmayacaq. Doğrudanmı mən yenidən onunla sonadək rəqabət aparmayacam? Mən onsuz çox darıxacam", - deyə Tramp yazıb.

Bununla belə, yerli KİV bir qədər əvvəl ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətini açıqlamışdı. Hətta bildirilirdi ki, keçmiş namizəd bununla bağlı fikirlərini ətrafındakı şəxslərə də bildirib. KİV-in iddiasına görə, Hillari Klinton qeyd edib ki, o, 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına imkan olduğunu güman edir.(report.az)

AzNews.az