Fransa ərazisində 18 həbsxananın əməkdaşları müddətsiz tətilə başlayıb. Fransa ərazisində 18 həbsxananın əməkdaşları müddətsiz tətilə başlayıb.
  • Qərb
  • 6 Mart 2019 16:29
  •  1 802

Fransada həbsxana işçiləri tətilə başladılar

Fransa ərazisində 18 həbsxananın əməkdaşları müddətsiz tətilə başlayıb.

Tətil edənlər əməkdaşların təhlükəsizliyinin artırılmasını, eləcə də əmək haqlarının yüksəldilməsini tələb edir.

Aksiya iştirakçıları bildirir ki, maaşların aşağı olması ilə əlaqədar həbsxanalarda kadr çatışmazlığı qeydə alınır.

Xatırladaq ki, ötən gün Fransada həbsxanaların birində məhkumu ziyarətə gələn qadın özü ilə içəri bıçaq keçirib və mühafizəçilərə hücum edib. Polisin keçirdiyi əməliyyat nəticəsində qadın zərərsizləşdirilib, məhkum isə yaralanıb.

Tətilə digər həbsxanaların da əməkdaşlarının qoşulacağı istisna olunmur.(trend.az)

AzNews.az