Betan Gaskinin 3 yaşlı körpəsi qalıb. Betan Gaskinin 3 yaşlı körpəsi qalıb.
  • Qərb
  • 25 Mart 2019 16:12
  •  2 325

Peçenye gənc qadının ölümünə səbəb oldu

Betan Gaskinin 3 yaşlı körpəsi qalıb.

İngiltərənin Lincolşir qraflığının Burne şəhərində keçirilən bir yarış gənc qadının ölümünə səbəb olur. 24 yaşlı qadın rəfiqəsigildə olan zaman fast-fud yarışında iştirak etmək qərarına gəlib. Yarışın şərtlərinə görə, iştirakçılar ağızlarına bacardıqları qədər çox yumru biskvit peçenye yerləşdirməlidirlər.

Medicina.az xəbər verir ki, Betan Gaskin də bu şərtlərə əməl edib. Amma peçenye onun nəfəs borusuna düşüb və qız boğulmağa başlayıb. Bir neçə dəqiqə sonra isə 24 yaşlı qız huşunu itirib. Dostları Betan Gaskini xəstəxanaya aparıblar. Qız 5 gün komada qalıb və bir daha ayılmayıb. Onun ölümünə ürək tutması və beynin zədələnməsi səbəb olub.

Betan Gaskinin 3 yaşlı körpəsi qalıb.

Betanın anası Mişel Gaskin digər insanları belə yarışların fəsadı barədə xəbərdar edib. O, deyib ki, qızının ölümündən sonra bütün dünyada bir çox gənc insanların belə yarışlarda iştirakı ilə bağlı məlumatlar alıb.(medicina.az)

AzNews.az