• Qərb
  • 5 Aprel 2019 15:25
  •  998

Boşanmaq istəyən cütlüklər imtahan verəcək - Yeni qanun

Qərar aprelin 1-də qəbul olunub.

Danimarkada qəbul edilən yeni qanuna görə, 18 yaşından aşağı uşaqları olan və boşanmaq istəyən cütlüklər 30 dəqiqəlik onlayın kurslardan keçməli olacaq və bu kurs 3 ay müddətində davam edəcək.

Qərar aprelin 1-də qəbul olunub.

Məlumata görə, kursun məqsədi ər-arvadı və uşaqları gələcək xoşagəlməz situasiyalara hazırlamaqdır.

Münasibətləri düzəltməyə hesablanan bu kurslar son illər boşanmaların artdığı Danimarkada ayrılıq faizini azaltmağa hesablanır.

Uşaq Xidmətləri və Sosial Müdafiə Nazirliyi bəyan edib ki, kursu 3 ay müddətinə bitirə bilməyən cütlüklər evli qalmaqda davam edəcək.

2018-ci ilin statistikasına görə, Danimarkada 15 min cütlük boşanma məqsədilə məhkəmədə iddia qaldırıb. Araşdırmalarda boşanmaların körpələrə pis təsir etdiyi ortaya çıxıb.(teleqraf.com)

AzNews.az