Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-a səfər edib. Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-a səfər edib.
  • Qərb
  • 10 Aprel 2019 09:09
  •  1 601

Sisi Trampla görüşdü - FOTOLAR

Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-a səfər edib.

Sisi amerikalı həmkarı Donald Trampın qəbulundan əvvəl xarici işlər naziri Mayk Pompeo, Trampın müşaviri Cerad Kuşnerlə görüşüb. Misir prezidenti daha sonra Ağ Ev rəhbərinin qəbulunda olub. Tərəflərin “Yüz ilin müqaviləsi” adlandırılan Fələstin-İsrail sülh sazişini müzakirə edəcəkləri bildirilir.

Qeyd edək ki, Sisinin ABŞ-a səfəri iki cəhətdən əhəmiyyətlidir.

Belə ki, bu səfər Xəlifə Həftarın Tripolini ələ keçirmək üçün hücuma keçəcəyini açıqlaması və İsrailin baş naziri Binyamin Netanyahunun yenidən baş nazir seçilməsi təqdirdə işğal altındakı Qərbi Şəriyədə qanunsuz yəhudi məskunlaşma yerlərinin “İsrailə ilhaq edilməsi” vədindən sonra gerçəkləşdirilib.(qafqazinfo.az)


AzNews.az