İkinci yeri Brüssel aeroportu tutub İkinci yeri Brüssel aeroportu tutub
  • Qərb
  • 12 Aprel 2019 13:36
  •  2 294

Avropanın ən yaxşı hava limanı

İkinci yeri Brüssel aeroportu tutub

Hannoverdə keçirilən mükafatladırma mərasimində Afinanın beynəlxalq “Elefterios Venizelos” aeroportu “Routes Europe 2019” nominasiyasında Avropada ən yaxşı hava limanı seçilib.

Belçika, Danimarka, Almaniya, Norveç və Rusiya hava limanları ilə mübarizədə məhz Afina aeroportu qalib gəlib.

İkinci yeri Brüssel aeroportu tutub. Hakimlərin fikrincə, Yunanıstan 2018-ci ildə sərnişindaşımanın artması təqdirəlayiqdir. Belə ki, ötən il Afina aeroportunda sərnişin axını 11 faiz artaraq 24 milyon nəfərə çatıb. Eyni zamanda, keçən il Afina hava limanından 62 yeni marşrut açılıb və 4 yeni aviaşirkət qeydiyyata alınıb.(AZƏRTAC)

AzNews.az