“Notr-Dam daha heç vaxt əvvəlki kimi olmayacaq”. “Notr-Dam daha heç vaxt əvvəlki kimi olmayacaq”.
  • Qərb
  • 16 Aprel 2019 12:57
  •  1 375

Paris Notr-Dam kilsəsinin yanğından sonra ilk FOTOLARI

“Notr-Dam daha heç vaxt əvvəlki kimi olmayacaq”.

Fransanın paytaxtında yerləşən Notr-Dam kilsəsinin yanğından sonra ilk fotoşəkilləri dərc edilib.

Yanğının dəqiq səbəbləri hələlik məlum olmasa da, onun bərpa işləri zamanı təhlükəsizlik texnikasına riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisədən dərhal sonra həyat yoldaşı ilə Notr-Dam kilsəsinə gələn Fransa Prezidenti Emmanuel Makron yanğınsöndürənlərə minnətdarlığını bildirib və paytaxtın əsas mədəni abidəsinin qısa müddətdə bərpa olunacağını vəd edib. Fransanın Mədəni İrsinin Qorunması üzrə Dövlət Fondu bu məqsədlə ianə toplamağa başlayıb.

Dünya siyasətçiləri hadisə ilə bağlı Fransa rəhbərliyinə təəssüf hisslərini çatdırır, kilsənin bərpasına kömək etməyə hazır olduqlarını bildirirlər.

ABŞ-ın “New York Times” qəzeti yanğının bütün dünyada kədər doğurduğunu vurğulayır. “Washington Post” qəzeti isə yazır: “Notr-Dam ölməyib və yenidən ayağa qalxacaq, lakin daha heç vaxt əvvəlki kimi olmayacaq”. Nəşr, həmçinin kilsənin yanmasını təkcə Parisə deyil, bütün dünyaya zərbə adlandırıb.

Xatırladaq ki, Parisin simvollarından biri olan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb. Yanğını yalnız aprelin 16-da səhər saatlarında söndürmək mümkün olub. Alovla mübarizədə 400-ə yaxın yanğınsöndürən iştirak edib.(AZƏRTAC)

AzNews.az

image description image description image description