- Qərb
- 26 Aprel 2019 09:04
- 2 299
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi “Instagram”da səhifə açdı - FOTOLAR

Hələlik qurum öz hesabında bir şəkil paylaşıb
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) "Instagram" sosial şəbəkəsində rəsmi səhifə açıb.
Hələlik qurum öz hesabında bir şəkil paylaşıb.
Şəkildə "CIA" əməkdaşının şərti iş yeri əks olunub. Kreslonun qoltuqaltısından parik asılıb, masanın üstündə isə "Dünya üzrə səyahət etmək istəyirəm" yazılı pul daxılı var. Həmçinin divarda coğrafi xəritə də var.
Fotonun altında isə şərh olaraq "Öz gözcüklərimlə görürəm (casusluq edirəm)" yazılıb.(trend.az)
AzNews.az

