Avropa Avtomobil İstehsalçıları Birliyi vergilərlə bağlı statistik məlumat yayıb Avropa Avtomobil İstehsalçıları Birliyi vergilərlə bağlı statistik məlumat yayıb
  • Qərb
  • 29 Aprel 2019 15:06
  •  1 171

Aİ ölkələri 428 milyard avroluq avtomobil vergisi toplayıb

Avropa Avtomobil İstehsalçıları Birliyi vergilərlə bağlı statistik məlumat yayıb

Məlumata əsasən, Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Niderland, İsveç, Portuqaliya və Lüksemburq avtomobillərdən alınan ƏDV, satış, qeydiyyat, avtomobil və yanacaq kimi vergilərdən ildə 428 milyard avro vəsait əldə ediblər.

Avropa İttifaqı (Aİ) ölkələri arasında avtomobillərdən ən çox vergi Almaniyada yığılıb. Bu ölkə ildə 92 milyard avro vergi gəliri ilə Aİ ölkələri arasında birinci yeri tutur. Siyahıda Almaniyadan sonra Fransa (79 milyard avro), İtaliya (74,4 milyard avro), İngiltərə (56,3 milyard avro), İspaniya (28,1 milyard avro), Niderland (20,3 milyard avro) və Belçika (19,6 milyard avro) gəlir.

Aİ-də avtomobil sektoru ümumilikdə 13,3 milyon insanı birbaşa və dolayı yolla işlə təmin edib. Avtomobil istehsalı isə 3,4 milyon insana məşğulluq imkanı yaradıb.(AZƏRTAC)

AzNews.az