Donald Tramp qatı qolf həvəskarıdır Donald Tramp qatı qolf həvəskarıdır
  • Qərb
  • 24 May 2019 13:55
  •  2 337

Trampın qolf həvəsi büdcəyə baha başa gəlir

Donald Tramp qatı qolf həvəskarıdır

Donald Trampın qolf həvəsi ABŞ Prezidenti olduğu dövrdə dövlətə 100 milyon dollardan çox başa gəlib.

“The Huffington Post” xəbər verir ki, Prezidentin Florida ştatındakı Mar-a-Laqo kurortunda iqamətgahına və qolf klubuna gedib-gəlməsi üçün xalq 81 milyon dollar, ötən yay Nyu-Cersi ştatındakı Bedminster qolf klubuna tez-tez baş çəkməsinə 17 milyon dollar vəsait ödəyib.

Həmçinin ötən il dövlət başçısının Los-Ancelesdəki qolf klubuna gedib-gəlməsi 1 milyon dollara, Böyük Britaniyaya səfəri zamanı Şotlandiyadakı qolf klubunda istirahət etməsi də 3 milyon dollara başa gəlib.

Qeyd edək ki, qatı qolf həvəskarı olan Donald Tramp ABŞ və xarici ölkələrdə cəmi 16 qolf klubunun sahibidir.(report.az)

AzNews.az