Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaradıblar. Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaradıblar.
  • Qərb
  • 15 İyun 2019 22:05
  •  2 971

Şimali Amerikadakı soydaşlarımız da yenidən təşkilatlanırlar

Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaradıblar.

Kanadada yaşayan azərbaycanlılar tərəfindən verilən məlumata görə 9 İyun 2019-cu il tarixində 450 nəfərdən artıq soydaşımızın iştirakı ilə Kanadada yaşayan Azərbaycanlıları birlikdə daha da güclü fəaliyyət göstərməsi eləcə də 28 May Azərbaycan Cumhuriyyətinin 101 illliyinə həsr olunan möhtəşəm tədbir baş tutub.

Tədbir zamanı təşkilatçılar tərəfindən “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyət yaradılıb və bu ictimaiyyətə açıqlanıb.

Cəmiyyətin əsas məqsədi Kanadada yaşayan bütün Azərbaycanlıları bir araya yığmaq və mədəni dəyərlərin qorunması, azərbaycanlılarla kanadalılar arasında dostluq əlaqələrinin inkişafı və s. olduğu bildirilmişdir.

Tədbirdə iştirak edən qonaqlar arasında Kanadanın millət vəkilləri Roman Baber və Rachel Wilson da iştirak ediblər. Qonaqlar azərbaycanlıları “Respublika Günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildirmişlər.(report.az)

AzNews.az

image description image description