"Yaponiyada keçiriləcək G-20 zirvəsində ikisi ilə də görüşəcəm" "Yaponiyada keçiriləcək G-20 zirvəsində ikisi ilə də görüşəcəm"
  • Qərb
  • 20 İyun 2019 10:40
  •  2 420

"Mən Rusiya və Çin liderləri ilə anlaşmaq istəyirəm" - Trampdan barışdırıcı mövqe

"Yaponiyada keçiriləcək G-20 zirvəsində ikisi ilə də görüşəcəm"

ABŞ prezidenti Donald Tramp Osakada keçiriləcək G-20 sammitində Rusiya və Çin liderləri ilə görüşəcəyini deyib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, Tramp FOX TV-ə verdiyi müsahibədə Rusiya və Çinlə dostluq etmək istədiyini bildirib.

“Mən Rusiya ilə anlaşmaq istəyirəm və düşünürəm ki, anlaşacağıq. Çinlə də razılaşmaq fikrim var və inanıram ki, ortaq məxrəcə gələcəyik. Gələn həftə Yaponiyada keçiriləcək G-20 zirvəsində ikisi ilə də görüşəcəm”.

O, ABŞ-Rusiya münasibətlərindəki soyuqluğun səbəbi kimi Rusiyanın guya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı başlanan istintaqı xatırladıb.

Pərvanə Ağazadə

AzNews.az