Görüş zamanı "S-400" məsələsinin müzakirə olunacağı bildirilir Görüş zamanı "S-400" məsələsinin müzakirə olunacağı bildirilir
  • Qərb
  • 25 İyun 2019 10:23
  •  4 341

Tramp və Ərdoğan Yaponiyada görüşəcək

Görüş zamanı "S-400" məsələsinin müzakirə olunacağı bildirilir

ABŞ prezident Donald Tramp iyunun 28-29-da Yaponiyada keçiriləcək "G-20" zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ağ Evdən məlumat verilib.

Təkbətək görüş zamanı "S-400" məsələsinin və iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərinin müzakirə olunacağı bildirilir.

Məlumatda həmçinin deyilir ki, Tramp Yaponiya səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı vəliəhdi Şahzadə Məhəmməd bin Salman, Yaponiya baş naziri Şinzo Abe, Hindistan baş naziri Narendra Modi, Almaniya kansleri Angela Merkel və Avstraliya baş naziri Skot Morisson ilə də görüşlər həyata keçirəcək.

Xəyalə

AzNews.az