Hadisəni görən ətrafdakı insanlar polis çağırıblar Hadisəni görən ətrafdakı insanlar polis çağırıblar
  • Qərb
  • 4 İyul 2019 10:20
  •  2 139

Nazarbayevin nəvəsi intihara cəhd etdi

Hadisəni görən ətrafdakı insanlar polis çağırıblar

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Londonda intihara cəhd edib.

“Moskovskiy Komsomolets” xəbər verir ki, Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev İngiltərə paytaxtında hotellərin birində həyatına qəsdə cəhd edib.

Hadisəni görən ətrafdakı insanlar polis çağırıblar. Aysultan isə onu xilas etmək istəyən polislərə müqavimət göstərərək, onlardan birini dişləyib.

Bununla əlaqədar, Londonun Sautuark bölgəsi Kral məhkəməsində cinayət işi açılıb.

Qeyd edək ki, Londonda təhsil almış Aysultan Nazarbayev bir müddət futbol oynayıb. O, Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti də olub.(oxu.az)

AzNews.az