"Dövlət katibinin müavini Con Sullivan iyulun 16-18-də İsveçrə və Belçikaya səfər edəcək" "Dövlət katibinin müavini Con Sullivan iyulun 16-18-də İsveçrə və Belçikaya səfər edəcək"
  • Qərb
  • 13 İyul 2019 12:11
  •  4 722

Rusiyalı diplomat ABŞ rəsmisi ilə görüşəcək

"Dövlət katibinin müavini Con Sullivan iyulun 16-18-də İsveçrə və Belçikaya səfər edəcək"

ABŞ dövlət katibinin müavini Con Sullivan iyulun 17-18-də Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla strateji təhlükəsizlik üzrə danışıqlar aparacaq.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Katibliyinin sənədində deyilir.

"Dövlət katibinin müavini Con Sullivan iyulun 16-18-də İsveçrə və Belçikaya səfər edəcək", - deyə sənəddə bildirilir.

Dövlət katibinin Silahlara və Beynəlxalq Təhlükəsizliyə Nəzarət üzrə müavini Andrey Tompson dövlət katibinin müavinini müşayiət edəcəyi deyilir.

Sənəddə Sullivan və Tompsonun daha sonra NATO-nun mənzil-qərargahında müttəfiqlərini məlumatlandırmaq üçün iyulun 18-də Brüsselə yola düşəcəyi qeyd olunub.

Pərvanə Ağazadə

AzNews.az