Həlak olanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib Həlak olanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib
  • Qərb
  • 19 İyul 2019 11:49
  •  2 188

Avstriyanın qərbində təyyarə qəzaya düşdü - 3 nəfər həlak oldu

Həlak olanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib

Avstriyanın Tirol şəhərində kiçik təyyarə qəzaya düşüb və nəticədə 3 nəfər dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı yerli polisə istinadənTiroler Tageszeitung” nəşri yayıb.

Məlumata görə, aviainsident yerli vaxtla təxminən 17.30-da Vetterştayn dağ silsiləsinin ərazisində baş verib. Təyyarə 2,3 min metr hündürlüyündə dik bir qayaya çırpılıb və sonra demək olar ki, tamamilə yanıb.

Nəşr yazır ki, söhbət Cənubi Tiroldan uçub Almaniyaya gedən Cessna şirkətinin yüngül təyyarəsindən gedir, lakin bu məlumat hələ ki, təsdiqini tapmayıb. Polis nümayəndəsi qeyd edib ki, çox güman ki, təyyarə İtaliyadan uçub.

Həlak olanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Hazırda hakimiyyət insidenti araşdırır.

Babək Göyüş

AzNews.az