Çin güclənən və dominant tərəfdaşdır; Rusiya isə tənəzzülə doğru gedir Çin güclənən və dominant tərəfdaşdır; Rusiya isə tənəzzülə doğru gedir
  • Qərb
  • 22 İyul 2019 17:12
  •  8 583

Əgər Rusiya Çin kartından istifadə etsə, Amerikanın üstünlükləri nədən ibarətdir?

Çin güclənən və dominant tərəfdaşdır; Rusiya isə tənəzzülə doğru gedir

Nəhayət, ABŞ-ın baş qəzeti Obamanın dövründə Ağ Evin Rusiya və Çinlə eyni vaxtda yaratdığı qarşıdurmanın nə dərəcədə pis nəticələndiyini anlamağa başlayır.

"The New York Times" hətta uzun illər ərzində ilk dəfə olaraq, Trampı tərifləyir, "Onu Çindən ayırmaq üçün Rusiya ilə münasibətləri möhkəmlətmək" cəhdlərini təsdiq edir. Ancaq aydın deyil, bu cəhdlər nədən ibarətdir? Sanksiyalar, hərbi təhlükələr, Rusiya vətəndaşlarının həbsi — bütün bunları ABŞ və Rusiya Federasiyasının Arktikadakı əməkdaşlığı ilə və ya Cenevrədə tərksilah haqqında danışıqlarla necə əlaqələndirmək olar?

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, Pentaqon bu yaxınlarda Rusiya tərəfindən strateji təhlükənin artması mövzusunda dərc edilmiş informasiya sənədində xəbərdarlıq edir ki, bu ölkənin Prezidenti Vladimir Putin "Niksonun yolu ilə gedə və Çin kartını ABŞ-a qarşı oynaya bilər. Söhbət ABŞ-ın keçmiş prezidentinin iki rəqibinin yaradılması strategiyasından gedir (1970 — ci illərin əvvəllərində bu, SSRİ və ÇXR olub).

Bu yaxınlaradək Rusiya ilə Çin arasındakı münasibətlərə xüsusi diqqət yetirməmək mümkün idi. Lakin 2014-cü ildə Ukraynaya hücum etdiyinə görə Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra, Çin və Rusiya hakimiyyəti getdikcə daha çox maraqların üst-üstə düşməsi nöqtələrini tapır. Onlar Qərb nümunəsinin demokratiyasını kəskin şəkildə tənqid edir və özlərini ABŞ-ın müharibədən sonrakı liderliyinə alternativ adlandırırlar. İndi Çin və Rusiya bir-birinə daha da yaxınlaşırlar, bu isə onu göstərir ki, onların qarşılıqlı münasibətlərinin daimi sistemi Birləşmiş Ştatlar üçün mürəkkəb problemlər yarada bilər.

"Əgər Moskva və Pekin bir — birinə daha da yaxınlaşsalar, dünya sistemi və Amerika təsiri baş ayaq olacaq", - deyə öz məruzəsində Hərbi Dəniz Qüvvələrinin zabit kadrları ixtisasının artırılması məktəbinin professoru Con Arkilla (John Arquilla) yazıb. Bu məruzənin hazırlanmasında ABŞ Müdafiə Nazirliyinin əməkdaşları və digər analitiklər də öz töhfələrini vermişlər.

Ötən ay Moskvada keçirilmiş görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinin növbəti təzahürüdür. Putin Çin rəhbəri Si Cinpinə 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsini 100 milyard dollardan artıq dollara çatdırdığına, onu ötən illə müqayisədə 30 faiz artırdığına görə təşəkkür edib. Bu, Çinlə ticarət qarşıdurmasına qatılmış Amerika üçün sanki sakitlik idi. Rusiya və Çin də onlarla saziş imzalayıblar. Bu görüşdən bir qədər əvvəl isə Si Cinpin Putini "ən yaxşı və adi dost" adlandırıb.

2013-cü ildən iki rəhbər 30-a yaxın görüş keçirib. Bu yaxınlarda Rusiya S-400 zenit-raket sistemləri və Su-35 qırıcıları da daxil olmaqla, özünün ən yeni hərbi texnikasını Çinə göndərməyə razılıq verib.

Çin və Rusiya vaxtaşırı birgə hərbi təlimlər keçirir və bunu artıq 10 ildən çoxdur ki, həyata keçirirlər. 2012 - ci ildə onlar Aralıq dənizində hərbi-dəniz manevrləri təşkil etdilər, ötən ilin payızında isə iki ölkə Şərqi Sibirdə hərbi oyunlar təşkil etdilər. Gələcəkdə onlar müntəzəm olaraq birgə təlimlər keçirməyi planlaşdırırlar.

Yüksək genişliklərdə buzların əriməsi neft və qaz kəşfiyyatı üçün yeni imkanlar yaradır və iki ölkədən olan alimlər bu yaxınlarda birgə Arktika elmi-tədqiqat mərkəzinin açılması barədə razılığa gəliblər. Onlar tez-tez Birləşmiş Millətlər Təşkilatında (BMT) İran və Şimali Koreya üçün oxşar mövqe tutur. Burada Rusiya aparıcı fövqəldövlət mövqeyini bərpa etməyə çalışır, Çin isə İran kimi enerji resursları təchizatçıları ilə münasibətləri səylə inkişaf etdirir.

Pentaqonun məlumat məruzəsində, strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (Center for Strategic and International Studies) məruzəsində belə bir xəbərdarlıq səsləndi ki, Birləşmiş Ştatlar və onların müttəfiqləri "boz zonalar" taktikasının tətbiqi hesabına qeyri-sabitliyin yaradılması üzrə Rusiya və Çinin səylərinə qarşı kifayət qədər operativ fəaliyyət göstərmirlər. Bu taktika birbaşa hərbi toqquşmaları istisna edir, lakin marionet qüvvələrinin tətbiqini, siyasi və iqtisadi məcburiyyət tədbirlərini, dezinformasiyadan, kiberoperasiyadan istifadəni və Amerika peyklərinə maneələrin yaradılmasını nəzərdə tutur.

Fevral ayında prezident kimi çıxışında Putin əmin olduğunu bildirdi ki, Çinlə əlaqələr Rusiyanın təhlükəsizliyinin və rifahının möhkəmlənməsinə kömək edəcək, xüsusilə Avrasiya İqtisadi İttifaqının planlarının üst — üstə düşdüyü bir şəraitdə Çin Asiya, Afrika və Avropanı birləşdirəcək nəhəng infrastruktur proqramı olan "bir kəmər-bir yol" təşəbbüsü ilə çıxış etdi.

İqtisadi, hərbi və texniki münasibətlər hərəkatının bu trayektoriyasını, eləcə də Çin və Rusiya dövlət idarəçiliyinin avtoritar modelini nəzərə alsaq, uzunmüddətli perspektivdə Amerika və onun məqsədləri üçün daha ciddi təhlükə yaranacaq. Bu isə o deməkdir ki, Prezident Tramp Rusiya ilə münasibətlərdə çalışır ki, onu Çindən uzaqlaşdırsın. Lakin bəzən o, çox kobud və yöndəmsiz hərəkət edir, bəzən hətta Amerikanın maraqlarına və dəyərlərinə ziyan vurur. Amerika rəqib ölkə ilə münasibətlərini yaxşılaşdırmağa, onun Amerika demokratiyasına mənfi təsirini görməməyə çalışmamalıdır. Lakin hətta soyuq müharibə illərində də Birləşmiş Ştatlar və Sovetlər İttifaqı bir çox hallarda öz qarşılıqlı münasibətlərinin ayrı-ayrı sahələrində nailiyyətlər əldə edir, başqa məsələlər üzrə münaqişə vəziyyətində olurdu.

ABŞ və Rusiya kosmosda əməkdaşlığı inkişaf etdirə bilərlər. Amerika Birləşmiş Ştatları artıq öz astronavtlarını Rusiya raketlərində Beynəlxalq Kosmik Stansiyaya göndərir. Onlar həmçinin Arktikada axtarış-xilasetmə əməliyyatlarının aparılmasına və neft dağılmalarının nəticələrinin aradan qaldırılmasına dair məcburi hüquqi qüvvəyə malik razılaşmanı bağlayan Arktika Şurasının üzvü olmaqla birgə işi davam etdirə bilərlər. Onlar həmçinin silahlara nəzarət sahəsində əməkdaşlığı canlandıra, xüsusilə də SNV-3 müqaviləsinin uzadılmasını təmin edə bilərlər. Son həftələrdə Dövlət Departamentindən olan məmurların rusiyalı həmkarları ilə, o cümlədən çərşənbə günü Cenevrədə iki dəfə görüşməsi müəyyən nikbinlik yaradır. Doğrudur, hələlik tərəflərin silahlara nəzarət sahəsində və digər vacib məsələlər üzrə hansısa irəliləyişə nail olmasının konkret əlamətləri yoxdur.

Rusiya-Çin münasibətlərinin tarixini nəzərə alsaq, bu iki ölkə arasında rəsmi Alyans ehtimalı azdır. Onları müharibə və ideoloji rəqabət bölürdü və hətta indi də Şərqi və Mərkəzi Asiyada, eləcə də Arktikada nüfuz uğrunda mübarizə aparırlar. İnkişafın müxtəlif trayektoriyalarına görə bu ölkələr üçün alyans yaratmaq çətin olacaq. Çin güclənən və dominant tərəfdaşdır; Rusiya isə tənəzzülə doğru gedir. Çinin dünyada ikinci iqtisadiyyatı var; Rusiya isə hətta ilk onluğa belə daxil deyil.

Buna baxmayaraq, bu ölkələrin ümumi məqsədləri daha çox ola bilər və bu, Qərbin maraqlarına yeni təhlükə yaradacaq. Amerika Demokratik müttəfiqlərini bir araya gətirməlidir, onların müvazinəıtini düzəltməməlidir. Bir də ki, o, bütün dünyada məhz gələcəyin yeni baxışını, yeni siyasi və iqtisadi modelini daha inamla təsdiqləməlidir.

Babək Göyüş

AzNews.az