• Qərb
  • 30 İyul 2019 06:01
  •  6 125

ABŞ-da atışma - 5 nəfər öldürüldü

Hər iki cinayəti eyni adam törədib

ABŞ-ın Viskonsin ştatında baş vermiş silahlı insident zamanı beş nəfər ölüb, daha iki nəfər yaralanıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, atışma qonşu şəhərlər olan Leyk Holli və Lafayett şəhərlərindəki iki evdə olub.

Polis bazar günü gecə Leyk Hollidə çağırışa gedib və iki nəfərin meyitini aşkarlayıb. Daha iki nəfər də güllə yarası ilə xəstəxanaya yerləşdirilib.