“Bu, əla xəbərdir” “Bu, əla xəbərdir”
  • Qərb
  • 16 Avqust 2019 10:58
  •  2 419

Tramp Elton Conu geridə qoyduğuna sevindi

“Bu, əla xəbərdir”

ABŞ prezidenti Donald Tramp çıxışı zamanı izləyicilərinin sayına görə britaniyalı müğənni və bəstəkar Elton Conu qabaqlayıb.

AzNews.az-ın məlumatına əsasən, bu barədə ABŞ lideri özünün “twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Tramp Nyu-Hempşir ştatında 2020-ci il prezidentlik kampaniyası çərçivəsində çıxış edib. Onun bu çıxışı izləyicilərin sayına görə rekord vurub.

ABŞ prezidenti bu hadisəni əla xəbər adlandırıb və əlavə edib ki, öncəki rekord Elton Con tərəfindən Nyu-Hempşirin Mançester şəhərində “SNHU Arena” stadionunda vurulmuşdu.

AzNews.az