Pedofil milyarderin ölüm səbəbi məlum oldu

Milyarderin cəsədi avqustun 10-da səhər saatlarında tapılıb

Amerikalı milyarder Ceffri Epşteynin cəsədinin yarılması nəticəsində onun intihar etdiyi məlum olub.

Bu barədə “The New York Times” qəzeti tibbi ekspertizaya istinadən xəbər verir.

Məlumata əsasən, maliyyəçi Manhettendəki həbsxana kamerasında canına qəsd edib. Onun kamerasında çarpayı örtüyündən düzəldilmiş kəndir tapıblar.

Bildirilir ki, mühafizəçilər milyarderi bir neçə saat ərzində yoxlamayıblar. Cəsədin yarılması zamanı onun boyun nahiyəsində çoxsaylı sümük sınıqları aşkarlanıb. Milyarderin cəsədi avqustun 10-da səhər saatlarında tapılıb.

Xatırladaq ki, C.Epşteyn iyulun 6-da Nyu-yorkda saxlanılıb. O, kriminal şəbəkənin yaradılmasında ittiham olunub. Bu şəbəkə ona yeniyetmə qızları cinsi istimara məruz qoymağa imkan verirdi.(oxu.az)

AzNews.az