Müsəlman koqresmenlər İsrailin fələstinlilərə münasibətini açıq şəkildə tənqid ediblər Müsəlman koqresmenlər İsrailin fələstinlilərə münasibətini açıq şəkildə tənqid ediblər
  • Qərb
  • 21 Avqust 2019 11:43
  •  2 780

Tramp indi də amerikalı yəhudilərə qarşı çıxdı

Müsəlman koqresmenlər İsrailin fələstinlilərə münasibətini açıq şəkildə tənqid ediblər

ABŞ prezidenti Donald Tramp Amerika yəhudi xalqının demokratlar barədə düzgün məlumatlı olmadığını bildirib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “Assosiated Press” xəbər verir.

Trampın bu bəyanatı ABŞ “Demokratlar” partiyasından olan müsəlman konqresmenlər Rəşidə Tleyb (Miçiqan) və İlhan Omar (Minnisota) ilə davam edən düşmənçiliyi fonunda edib.
Məlum olduğu kimi, müsəlman koqresmenlər İsrailin fələstinlilərə münasibətini açıq şəkildə tənqid ediblər.

"Demokratik Partiya hara yoxa çıxıb? Bu iki insanı İsrail Dövlətinə görə necə qoruyurlar?"— deyə Tramp bildirib.

Onun fikrincə, demokratlara səs verən istənilən amerikalı yəhudi "ya biliyin tam yoxluğunu, ya da böyük etibarsızlığı"nümayiş etdirirlər.

AzNews.az