"ABŞ-ın bütün şirkətləri Çinə alternativ axtarmalıdırlar" "ABŞ-ın bütün şirkətləri Çinə alternativ axtarmalıdırlar"
  • Qərb
  • 24 Avqust 2019 21:57
  •  3 275

Tramp ABŞ-ın iki əsas düşmənini açıqladı

"ABŞ-ın bütün şirkətləri Çinə alternativ axtarmalıdırlar"

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin çıxışından sonra öz "Twitter" hesabında onu və Çin Xalq Respublikasının rəhbəri Si Cinpini ölkəsinin əsas düşmənləri elan edib.

Onun bu bəyanatından sonra bazarda "S&P 500" və "Dow Janes" 1,8 faiz, NASDAQ 2,2 faiz enişlə üzləşib.

Censon-Houldakı konfransda Pauelldən faiz göstəricilərinin aşağı düşəcəyi anonsunu gözləyirdilər. Lakin Federal Ehtiyatlar Sisteminin rəhbəri bu barədə susub. Bundan sonra Tramp Sistemin heç nə etmədiyini bəyan edib.

Trampın sözlərinə görə, ABŞ-ın bütün şirkətləri Çinə alternativ axtarmalıdırlar. Həmçinin o, gün ərzində Çinin amerikan idxalına qarşı 75 milyard dollarlıq tarif müəyyənləşdirməsinə cavab verəcəyini vəd edib.(oxu.az)

AzNews.az

image description