“Biz söz veririk ki, itirilən əzizlərinizin xatirəsi heç vaxt unudulmayacaq” “Biz söz veririk ki, itirilən əzizlərinizin xatirəsi heç vaxt unudulmayacaq”
  • Qərb
  • 11 Sentyabr 2019 23:47
  •  2 139

Trampla xanımı 11 sentyabr qurbanlarını yad etdi - FOTOLAR

“Biz söz veririk ki, itirilən əzizlərinizin xatirəsi heç vaxt unudulmayacaq”

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Ağ Evdə 11 sentyabr qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“RİA Novosti” xəbər verir ki, əvvəlcə Ağ Evin həyətində təşkil olunmuş mərasimdən sonra prezidentlə xanımı Pentaqonun binasına gedib. Tramp orada faciə qurbanlarının xatirəsinə həsr edilmiş nitqlı çıxış edib.

“Biz söz veririk ki, itirilən əzizlərinizin xatirəsi heç vaxt unudulmayacaq”, -deyə Tramp qurbanların yaxınlarına bildirib.(qafqazinfo.az)




AzNews.az