Cinayətkarlar hadisə yerindən qaçıblar Cinayətkarlar hadisə yerindən qaçıblar
  • Qərb
  • 15 Sentyabr 2019 09:09
  •  2 024

Meksikada polis rəisi mühafizəçisilə birlikdə öldürülüb

Cinayətkarlar hadisə yerindən qaçıblar

Meksikanın qərbində yerləşən Xalisko əyalətində bələdiyyənin polis rəisi Everardo Prado təhlükəsizlik əməkdaşları ilə birlikdə xidməti tapşırığı yerinə yetirərkən öldürülüb.

TASS-ın verdiyi məlumata görə, bu barədə şənbə günü “Milenio” qəzeti məlumat yayıb.

Bildirilir ki, bir qrup silahlı şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu patrul avtomobilinə atəş açıb. Bələdiyyə polis rəisi E.Prado yerindəcə dünyasını dəyişib. Onun mühafizəçisi isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Cinayətkarlar hadisə yerindən qaçıblar.

Qətl hadisəsi ilə əlaqədar istintaq işi başlanılıb. (apa)

AzNews.az