Teymuraz bu ölkənin Prezident sarayında diplomat kimi fəaliyyət göstərəcək Teymuraz bu ölkənin Prezident sarayında diplomat kimi fəaliyyət göstərəcək
  • Qərb
  • 16 Sentyabr 2019 12:46
  •  1 758

Gürcüstan Prezidentinin oğlu Yelisey sarayında işə düzəldi

Teymuraz bu ölkənin Prezident sarayında diplomat kimi fəaliyyət göstərəcək

Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransanın Yelisey sarayındakı diplomatiya şöbəsində Asiya, Şimali və Latın Amerikası üzrə müşavir vəzifəsində işləyəcək.

Fransa vətəndaşı olan Teymuraz bu ölkənin Prezident sarayında diplomat kimi fəaliyyət göstərəcək. Qeyd olunur ki, anasının peşəsini davam etdirən Qordcestani son illər Fransanın BMT yanındakı diplomatik nümayəndəliyində işləyib.

Məlumatda bildirilir ki, Teymuraz Gürcüstanın xanım Prezidentinin İran mənşəli gürcü ilə olan ilk nikahından dünyaya gəlib. Salome Zurabişvilinin qızı Ketevan isə anasının uşaqlıq arzusunu yerinə yetirərək Fransada jurnalist peşəsinə yiyələnib.