Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb
  • Qərb
  • 19 Sentyabr 2019 21:40
  •  2 025

Latviya tarixində narkotiklərə qarşı ən böyük əməliyyat - Saxlanılanlar var

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb

Latviya Gömrük Xidməti dərman preparatlarının hazırlanmasında istifadə olunan üç tondan çox narkotik vasitənin qanunsuz saxlandığı yerləri aşkarlayıb.

Keçirilən yoxlamalar zamanı Riqa və Salaspils şəhərlərindəki bir neçə evdə və anbarda ümumi çəkisi 3,3 ton olan amfetamin və metamfetamin maddələri tapılıb. Xidmətdən bildirilib ki, həmin maddələrin qara bazarda dəyəri 9 milyon avrodur.

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.

Bu hadisə Latviya tarixində narkotiklərə qarşı ən böyük əməliyyatlardan biridir. Bu ilin yanvarında ölkədəki fermaların birində Ekvadordan gətirilmiş də 2 tona yaxın kokain, may ayında isə reyd zamanı 400 kiloqram müxtəlif narkotik vasitə aşkarlanmışdı.(AZƏRTAC)

AzNews.az