Təfərrüatlar açıqlanacaq Təfərrüatlar açıqlanacaq
  • Qərb
  • 23 Sentyabr 2019 09:55
  •  3 300

Tramp və Conson razılığa gəldilər – Ən iri Saziş imzalanacaq

Təfərrüatlar açıqlanacaq

Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Donald Tramp ikitərəfli ticarət sazişi bağlamağa dair razılığa gəldilər.

AzNews.az bildirir ki, bu barədə “The Sun” yazır.

Qəzetin məlumatına əsasən, saziş 2020-ci ilin iyul ayına kimi bağlanmalıdır.

Qeyd edilir ki, sazişin təfsilatları, böyük ehtimalla, BMT-nin Baş Assambleyası toplantısı çərçivəsində Nyu-Yorkda keçiriləcək görüş zamanı açıqlanacaq.

Bildirilir ki, bu, ABŞ tarixində ən böyük ticarət sazişi olacaq.

AzNews.az