Fennerin valideynləri əməliyyatlara artıq razılıq veriblər Fennerin valideynləri əməliyyatlara artıq razılıq veriblər
  • Qərb
  • 24 Sentyabr 2019 10:05
  •  3 198

“Batman maska”sı ilə doğulan qızı müalicə edən həkim tapıldı - FOTO/VİDEO

Fennerin valideynləri əməliyyatlara artıq razılıq veriblər

“Batman maska”sı şəklində xalla doğulan Luna Fenner adlı qızın müalicəsi ilə rusiyalı cərrah məşğul olacaq.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “Daily Mail” yazır.

Bildirilir ki, uşaq anadangəlmə melanositar nevusdan əziyyət çəkir.

Nəşrin məlumatına əsasən, qızın müalicəsini krasnodarlı cərrah Pavel Popov üzərinə götürüb.

Onun Fenner haqqında mediadan xəbər tutduğu qeyd edilir. Cərrah ailəyə müalicənin yeni üsulunu təklif edib, eləcə də onlara bu tip problemləri aradan qaldırmağa kömək etmiş əməliyyatın nəticələrini göstərib.

Əldə olunan informasiyaya əsasən, uşağı 6-8 əməliyyat gözləyir. Fennerin valideynləri əməliyyatlara artıq razılıq veriblər və onların sentyabrda Rusiyaya gələcəkləri gözlənilir.

AzNews.az

image description image description image description