- Qərb
- 25 Sentyabr 2019 08:26
- 2 181
ABŞ ticarət naziri Trampın çıxışı zamanı yuxuya getdi
Siyasətçi başını aşağı salaraq yuxulayıb
ABŞ Ticarət katibi Wilbur Ross Prezident Donald Trampın BMT-nin Baş Məclisində çıxışı zamanı yuxuya gedib.
Jurnalistlərin yayımladığı görüntülərə əsasən siyasətçi başını aşağı salaraq yuxulayıb və təxminən 15 dəqiqə bu vəziyyətdə olub.
Qeyd edək ki, nazir ictimai tədbirlərdə ilk dəfə deyil ki yuxuya gedir. Xüsusilə, 2017-ci ildə Trampın Səudiyyə Ərəbistanındakı çıxışı zamanı Ross oxşar vəziyyətə düşmüşdür. (Trend)